Azedu.az

İnsultdan sonra beyni tez bir zamanda bərpa etməyin yolu tapılıb

Xəbərlər

4 Dekabr 2025, 08:58
İnsultdan sonra beyni tez bir zamanda bərpa etməyin yolu tapılıb

Avstraliya və ABŞ-dən olan alimlər boyundakı limfa damarlarını stimullaşdıran qeyri-invaziv ultrasəs cihazı hazırlayıblar. Bu stimullaşdırma insultdan sonrakı ilk saatlarda beyindən artıq maye və zəhərli tullantıların çıxarılmasını sürətləndirir.

AzEdu.az xəbər verir ki, tədqiqatın nəticələri Monaş Universitetinin saytında dərc edilib.

Alimlərin sözlərinə görə, cihaz işemik insult səbəbindən beyin qan dövranı pozulmuş xəstələrə kömək etmək üçün nəzərdə tutulub. Tədqiqatçılar yaranmış qan laxtasını parçalamaq əvəzinə, beynin təbii təmizləmə sistemini gücləndirməyi daha faydalı hesab edirlər.

Alimlər hazırda qabaqcıl neyrogörüntüləmə üsulundan istifadə edərək 140 könüllünün beyin strukturlarını öyrənir və eyni zamanda limfa damarlarının funksiyasını artıran cihazların ilk prototiplərini sınaqdan keçirirlər. Müəlliflər vurğulayırlar ki, bu strategiya təcili xəstəxanaya yerləşdirilmə tələb edən və qanaxma riski daşıyan mövcud metodlara alternativ ola bilər.

Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR
Son xəbərlərDaha çox