Azedu.az

AzMİU 2,3 milyonluq müqavilə bağladı

Xəbərlər

3 Dekabr 2025, 20:58
AzMİU 2,3 milyonluq müqavilə bağladı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ayna Sultanova küçəsi, 11 ünvanında yerləşən ərazisində layihələndirilən tədris korpusunun yenidən qurulması işləri görüləcək.

 

AzEdu.az xəbər verir ki, layihənin icrası "Safarı" MMC ilə bağlanan müqavilənin dəyəri 2 milyon 320 min 4 manat təşkil edib.

 

Müqavilə ilə bağlı bildiriş bu gün dərc olunsa da, rəsmi məlumatlarda işlərin icrasının bu il iyunun 2-dən başlanıldığı əksini tapıb. Layihənin bu ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

 

Layihə çərçivəsində əsasən qazıntı, əksdolğu, torpaq daşınması və çalaların hazırlanması kimi tikinti-qazıntı işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

5-ci kolon təmizlənir - Azərbaycanda kimləri hansı aqibət gözləyir?
Son xəbərlərDaha çox