Azedu.az

Peşə Mərkəzinin müəllimləri Türkiyədə təcrübə keçiblər

Xəbərlər

3 Dekabr 2025, 16:53
Peşə Mərkəzinin müəllimləri Türkiyədə təcrübə keçiblər

22–30 noyabr 2025-ci il tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil olunan beynəlxalq təlim-təcrübə proqramı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup mühəndis-pedaqoji heyəti Türkiyənin Bursa, Antalya və İstanbul şəhərlərində yerləşən qabaqcıl peşə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, proqramda  Qismət Məsimov, Tural Səbzəliyev Bursada, Valeh Mikayılov Antalyada, Fəqan Şeydayev İstanbulda təcrübədə olublar.

Təcrübə proqramı Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində imzalanmış əməkdaşlıq protokoluna əsasən həyata keçirilib. Proqram zamanı tədris metodikası, praktiki təlimlərin təşkili və beynəlxalq yanaşmalar üzrə təcrübə mübadiləsi aparılıb. 

5-ci kolon təmizlənir - Azərbaycanda kimləri hansı aqibət gözləyir?
Son xəbərlərDaha çox