Azedu.az

Bu ölkədə məktəb direktorlarının iş yükü artıb

Xəbərlər

3 Dekabr 2025, 16:24
Bu ölkədə məktəb direktorlarının iş yükü artıb

Almaniyanın Hamburg və Berlin şəhərlərində fəaliyyət göstərən GEW-nin rəsmi açıqlamasına görə, məktəb direktorları indi “həddən artıq işləyirlər”  bir çox məktəb rəhbəri təkcə tədris dönəmində yox, həm də dərs saatlarından kənar işlərlə  vakant yerlərin doldurulması, inzibati və təşkilati tapşırıqlar, valideynlərlə, müdiriyyətlərlə əlaqələr və sair  məşğul olurlar. 

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu artan iş yükü və daim əlavə məsuliyyətlər məktəb idarəçiliyinin effektivliyinə təsir edə, həmçinin təhsil sistemində keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər. 

Təşkilat nümayəndələri həm Hamburg, həm Berlin üzrə təhsil orqanlarını məktəb direktorlarının yükünün azaldılması, əlavə resursların verilməsi və rəhbərliyin iş şərtlərinin yüngülləşdirilməsi üçün tədbirlər görməyə çağırırlar.

5-ci kolon təmizlənir - Azərbaycanda kimləri hansı aqibət gözləyir?
Son xəbərlərDaha çox