Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə tələbələr arasında Zəfərin 5-ci il- dönümünə həsr olunmuş “Fibonacci” intelektual bilik yarışması keçirilib. Yarışda qalib adı uğrunda 24 komanda mübarizə aparıb.
AzEdu.az xəbər verir ki, komandalar arasında bilik yarışı maraqlı və gərgin mübarizə şəraitində keçib. Yarışda I yeri “Ceteris Paribus”, II yeri “The Big Bang” III yeri “ O biri komanda” tutub.
Sonda LDU Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev qalib komandaları təbrik edərək tələbələrə daha böyük uğurlar arzu edib, intelektual yarışmaların gənclərin asudə vaxtlarının təşkilinə və dünyağörüşünün formalaşmasına müsbət təsirindən danışıb.
Sonda qalib komandalar mükafatlandırılıb.