Azedu.az

FHN: 13-ü azyaşlı olmaqla 70 nəfər xilas edilib

Xəbərlər

24 Noyabr 2025, 10:12
FHN: 13-ü azyaşlı olmaqla 70 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

AzEdu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 252 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 partlayış və 1 binada uçqun faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 70 nəfər xilas edilib, 12-si azyaşlı olmaqla 93 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, hadisələrdə 6 nəfər həyatını itirib.

Müəllimlərin 8 saatlıq iş qrafikində maaşlar necə hesablanacaq? - Müəmmalar
Son xəbərlərDaha çox