Azedu.az

Qadın şahmatçılarımız dünya çempionatında ikinci olub

AzEdu Təhsil Platforması

24 Noyabr 2025, 09:21
Qadın şahmatçılarımız dünya çempionatında ikinci olub

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub.

AzEdu.az xəbər verir ki, milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub.

Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.

Əlavə edək ki, indiyədək kişi və qadın şahmat komandalarımız dünya çempionatında medal qazanmayıb. Bu, tarixi nəticədir.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox