Azedu.az

Türkiyənin iki şəhərində şagirdlər qidadan zəhərlənib

Xəbərlər

22 Noyabr 2025, 23:46
Türkiyənin iki şəhərində şagirdlər qidadan zəhərlənib

Türkiyədə 54 şagird qidadan zəhərlənib.

AzEdu.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Koceli şəhərində yerləşən özəl liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra səhhətlərində kəskin narahatlıq hiss ediblər.

Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

Hər iki şəhərdə zəhərlənən şagirdlər xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilib.

Araşdırmalara başlanıb.

Müəllimlərin 8 saatlıq iş qrafikində maaşlar necə hesablanacaq? - Müəmmalar
Son xəbərlərDaha çox