"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağına yerləşdirilən 17 yaşlı yeniyetmə itkin düşüb.
Sığınacağın rəhbəri Kəmalə Ağazadə bildirib ki, onun qaçmağına səbəb ailəsinin etinasızlığıdır. Bir neçə gün əvvəl yeniyetmənin atası onu sığınacaqdan götürəcəyini desə də, daha sonra fikrindən daşındığını bildirib. Hadisədən bir neçə gün sonra məktəbə gedən yeniyetmə geri qayıtmayıb.
"İki il əvvəl də evdən qaçmışdı. Buna səbəb ailədə anlaşmazlıq və şiddət halları olmuşdu. Ana barədə ilkin məlumatlarımız vardı, dəfələrlə zəng etdik, daha sonra bizi blokladı. Atası isə ikinci dəfə evlənib. Bir neçə gün əvvəl ata zəng edərək bildirdi ki, qardaşı hərbi xidmətdən qayıdıb və qərara gəliblər ki, qızı evə qaytarsınlar. Sosial Xidmətlər Agentliyinə də müraciət edəcəklərini dedi və bunu yeniyetmənin özünə də çatdırdı. İki gün sonra isə yenidən zəng edib "səni götürə bilmərəm" dedi. Qızın iki gün ərzində qurduğu bütün xəyallar alt-üst oldu", - Kəmalə Ağazadə deyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışı elan edilən 17 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılıb.
Daha ətraflı videomaterialda:
