Noyabrın 9-da İstanbulun Fatih rayonunda Böcek ailəsinin dörd üzvünün şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində onların qaldığı hotelin sahibi və əməkdaşı həbs edilib.
AzEdu.az bu barədə "En Son Haber" xəbər saytına istinadən xəbər verir.
Bildirilir ki, bununla da istintaq çərçivəsində həbs edilənlərin sayı 10 nəfərə çatıb.
Məhkəmə-tibbi ekspertizanın hesabatına əsasən, ailə üzvlərinin qaldıqları hoteldə kimyəvi maddəyə məruz qalma ehtimalı daha çoxdur. Qida zəhərlənməsi ehtimalı isə arxa plana keçirilib.
Xatırladaq ki, Beşiktaşdakı bir restoranda yemək yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə Fatih rayonunda qaldıqları hoteldən xəstəxanaya aparılan Kadir Muhammet və Masal Böcek, eləcə də onların anaları Çiğdem Böcek həyatlarını itiriblər. Ata Servet Böcek xəstəxanada müalicə almasına baxmayaraq, noyabrın 17-də dünyasını dəyişib.