Azedu.az

Yeni təhsil sistemdə müəllimlər üçün hansı alternativlər YARADILACAQ?

Xəbərlər

22 Noyabr 2025, 10:45
Yeni təhsil sistemdə müəllimlər üçün hansı alternativlər YARADILACAQ?

Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, "müəllim otağı" anlayışı əksər hallarda formal xarakter daşıyır. Həftədə 10–12–14 saat işləyən bir müəllimin öz iş otağı demək olar ki, yoxdur.

Bu halda sual yaranır ki, müəllimin şəxsi iş yerinin-otaq və ya masa şəklində olması pedaqoji fəaliyyətin keyfiyyətinə necə təsir edir? Ümumiyyətlə, yeni sistem tətbiq olunmağa başlandıqda müəllimlər üçün hansı alternativ yollar yaradılacaq ?

 

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb. 

O, qeyd edib ki, Bakı məktəblərində siniflərlə bağlı müəyyən narahatlıqlar var:

 

"Elm və təhsil nazirinin açıqlamasından da məlum oldu ki, təqdim olunan layihə artıq 2027-ci ildən sonra həyata keçiriləcək. Ancaq məsələyə müəllimlərin hər biri üçün ayrıca sinif otağı ayrılması baxımından yanaşsaq, düşünürəm ki, bu, xüsusilə Bakı məktəblərində müəyyən narahatlıq yarada bilər".

Layihənin tətbiqi 2027-ci ilə qədər müəyyən maddi-texniki bazanın yaradılmasını tələb edəcək:

"Amma bilirik ki, məktəbdə müəllimlərin sayı qədər də sinif var. Yəni hər bir sinifə bir müəllim rəhbərlik edirsə, sinif rəhbəri olan müəllimlər həmin otaqları ofis kimi istifadə edə bilərlər. Yetər ki, həmin müəllimlər üçün kompüter masası, planşet, kompüter və printer kimi avadanlıqlar təmin olunsun. Bu halda sinif otaqları müəllimlər üçün iş məkanı rolunu oynaya bilər.

Bir halda ki, plan mövcuddur və öncədən elan olunub, demək həmin müddətə qədər texniki problemləri də həll etmək olar. Ən pis halda isə hər bir sinif rəhbərinin öz sinif otağı onun üçün ofis funksiyasını yerinə yetirə bilər".

Müəllimlərin 8 saatlıq iş qrafikində maaşlar necə hesablanacaq? - Müəmmalar
Son xəbərlərDaha çox