Azedu.az

24 uşaq öskürək siropundan öldü

Xəbərlər

21 Noyabr 2025, 11:12
24 uşaq öskürək siropundan öldü

Son aylarda Hindistanda azı 24 uşaq öskürək siropundan ölüb.

AzEdu.az xarici mediaya istinadla bildirir ki, səhiyyə və dərman təhlükəsizliyinə cavabdeh olan üç vəzifəli şəxsin fikrincə, Coldrif adlı öskürək siropunun istehsalında istifadə olunan həlledici zəhərli kimyəvi maddə ilə çirklənmiş ola bilər.

Həmin dövrdə “Sresan Pharmaceutical Manufacturer” şirkəti yerli kimyəvi maddələr distribyutoru “Sunrise Biotech”dən 50 kiloqram propilenqlikol (PG) həlledicisi alıb. Elə həmin gün məhsul “Jinkushal Aroma” şirkətindən də əldə edilib. Bu kiçik müəssisə maye yuyucu vasitələr və digər kimyəvi maddələr üçün ətir qatqıları istehsal edir.

Hindistan hakimiyyəti istintaqa başlayıb. Bildirilir ki, Coldrif siropu güclü şəkildə sənaye toksini olan dietilenqlikol (DEQ) ilə çirklənib. Hazırda hüquq-mühafizə orqanları bu maddənin həllediciyə necə düşdüyünü müəyyənləşdirir.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox