Azedu.az

Naxçıvanlı şagirdlər STEAM Festivalı qalibi kimi böyük coşqu ilə qarşılandı

Xəbərlər

20 Noyabr 2025, 21:18
Naxçıvanlı şagirdlər STEAM Festivalı qalibi kimi böyük coşqu ilə qarşılandı

Beynəlxalq STEAM Azərbaycan Festivalında qalib olan məktəblilərimiz Naxçıvanda böyük coşqu ilə qarşılandı.

AzEdu.az xəbər verir ki, Beynəlxalq STEAM Azərbaycan Festivalında son 5 ilin ən böyük uğurunu qazanan Naxçıvanın ümumtəhsil məktəblərinin şagirdləri  doğma diyarda təntənəli şəkildə qarşılanıblar. Naxçıvan Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində ictimaiyyət nümayəndələri, şagirdlər, müəllimlər, müəssisə rəhbərləri və məktəblilərin yaxınları  böyük uğura imza atan şagirdlərimizi sevinclə qarşılayıblar.

Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında  Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin 10 komandasından 3-ü I yerin, 1-i II yerin, 4-ü isə  III yerin olmaqla, ümumilikdə, 8 komanda  qalib olub.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox