Azedu.az

Bu universitet üçün yeni korpuslar tikilir

Xəbərlər

20 Noyabr 2025, 12:53
Bu universitet üçün yeni korpuslar tikilir

“2026-cı ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları və prokurorluğun saxlanma xərclərinə 2025-ci illə müqayisədə 4,7% daha çox vəsait ayrılıb. Həmçinin, həmin orqanların maddi-texniki təminatı, işğaldan azad olunmuş ərazilərdə müvafiq xidmətlərin təşkili üçün tələb olunan xərclər də nəzərə alınıb. Qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə prokurorluq, polis və ədliyyə orqanlarının xidməti binaları ya əsaslı təmir olunub, ya da yenidən inşa edilib”.

AzEdu.az xəbər verir ki, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri vurğulayıb ki, müasir hüquq sistemi və dövlət idarəçiliyinin sürətlə dəyişən sosial-iqtisadi reallıqlara uyğunlaşdırılması üçün yeni mexanizmlərin tətbiqi zəruridir. Bunlardan ən birincisi publik hüquqi şəxslərdir. 
“Onlar maliyyə və hüquqi baxımdan müstəqil olsa da, dövlətin ictimai maraqlarını qorumaq kimi vacib vəzifə daşıyırlar. Düşünürəm ki, onların fəaliyyətinin səmərəliliyi mütəmadi olaraq maliyyə baxımından monitorinq edilməli, saylarının artırılması isə məqsədəuyğunluq baxımından bir daha qiymətləndirilməlidir”.

Əli Hüseynli qeyd edib ki, hazırda Mingəçevir Dövlət Universitetinin yeni kampusunun tikintisi sürətlə davam edir və yaxın aylarda iki korpusun istifadəyə verilməsi planlaşdırılır

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox