Bakıda itkin düşən qız tapılıb.
AzEdu.az xəbər verir ki, itkin düşmüş kimi axtarışı elan edilən 17 yaşlı qızın tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Xatırladaq ki, 2008-ci il təvəllüdlü Aliyə Seymur qızı Balənmədova noyabrın 18-də Nizami rayonu, Qara Qarayev prospekti, ev 93 ünvanından çıxaraq naməlum istiqamətdə gedərək itkin düşmüşdü. (Mənbə:Oxu.az)