Azedu.az

Alimlər sosial şəbəkə ilə xəstəlik yayılmasını proqnozlaşdırır

Xəbərlər

19 Noyabr 2025, 08:41
Alimlər sosial şəbəkə ilə xəstəlik yayılmasını proqnozlaşdırır

Kanadalı alimlər sosial şəbəkədən istifadə edərək xəstəliyin yayılmasını proqnozlaşdırmağı öyrəniblər.

AzEdu.az xəbər verir ki, tədqiqat "Mathematical Biosciences and Engineering" jurnalında dərc olunub.

Elm adamları epidemioloqları yaxınlaşan epidemiya barədə xəbərdar edə biləcək bir vasitə təklif ediblər. Alqoritm sosial media yazılarını təhlil edir və artan təhlükənin ilkin əlamətlərini müəyyən edir.

Tədqiqatçılardan biri deyib: "Biz sosial dinamikaya ekoloji sistem kimi baxmaq qərarına gəldik, burada məlumat patogen kimi yayılır - istifadəçidən istifadəçiyə".

Elm adamları 2014-cü ildə böyük qızılca epidemiyasından əvvəl Kaliforniyada sosial şəbəkədə on minlərlə ictimai paylaşımı təhlil ediblər. Bir çox istifadəçilərin davranışında xarakterik dəyişikliklər müşahidə olunub.

Nəticələrin fərqli dinamikası başqa bölgələrlə müqayisə edilməklə təsdiqlənib.

Tədqiqatçılar qeyd ediblər ki, video təhlili əhəmiyyətli hesablama gücü tələb etsə də, metod "TikTok" üçün uyğunlaşdırıla bilər. Gələcəkdə bu alqoritm səhiyyə orqanlarının köməyinə çata bilər.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox