Azedu.az

Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq

Xəbərlər

17 Noyabr 2025, 13:45
Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq

"Bəzi kənd məktəblərində bir sıra fənlər - xüsusilə musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı var".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

“Əslində müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir”, - nazir bildirib.

Nazir qeyd edib ki, məsələnin mahiyyəti dəyişməlidir: “Yəni saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq. Bizim təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla da bu problem həllini tapacaq”.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox