Azedu.az

Startap düşüncəsi məktəbdən başlayır - STEAM-ın 5 illik NƏTİCƏLƏRİ

Xəbərlər

17 Noyabr 2025, 16:13
Startap düşüncəsi məktəbdən başlayır - STEAM-ın 5 illik NƏTİCƏLƏRİ

Bildiyiniz kimi, artıq 5 ildir ki, ölkəmizdə ‘STEAM Azərbaycan’ kimi strateji əhəmiyyətli bir layihə həyata keçirilir. Bu layihə sadəcə bir festival deyil, yeni nəsil Azərbaycan gənclərinin dünyagörüşünü, bacarıqlarını və rəqabət qabiliyyətini formalaşdıran mühüm bir təhsil modelidir.

Bu fikirləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib. 

172610

Müsahibimiz qeyd edib ki, STEAM şagirdlərdə innovasiya mədəniyyəti yaradır:

"İlk növbədə, STEAM təhsilinin əsas gücü onun inteqrativ yanaşmasındadır. Yəni şagird yalnız texnologiyanı və ya proqramlaşdırmanı öyrənmir  o, eyni zamanda düşünmə mədəniyyətini formalaşdırır, yaradıcı problem həll etməyi, komanda içində əməkdaşlığı və analitik düşüncəni mənimsəyir. Bu bacarıqlar isə müasir əmək bazarının tələb etdiyi əsas kompetensiyalardır.

İkincisi, STEAM şagirdlərdə innovasiya mədəniyyəti yaradır. Burada uşaq hazır layihəni təkrarlamır, əksinə yeni bir şey yaradır, təcrübə edir, səhvdən qorxmur və prosesdən öyrənir. Bu, XXI əsrdə ölkəmizin inkişafına töhfə verəcək startap düşüncəsinin məktəb yaşından formalaşması deməkdir.

Üçüncüsü, STEAM layihələri regionlar da daxil olmaqla minlərlə şagirdi əhatə edir. Bu, təhsildə fürsət bərabərliyinə xidmət edir. Yəni paytaxtda və ya bölgədə yaşamasından asılı olmayaraq hər bir şagird yeni texnologiyalara, robototexnikaya, mühəndislik layihələrinə çıxış əldə edir. Bu isə dövlətimizin təhsil siyasətinin əsas prioritetlərindən biridir".

Bu modelin genişlənməsi ilə Azərbaycanda daha yaradıcı, daha bacarıqlı və daha qlobal baxışlı bir nəsil yetişəcəyinə tam əminik:

"Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsində həyata keçirdiyi islahatların əsas məqsədlərindən biri ölkəmizi innovasiyalar mərkəzinə çevirməkdir. STEAM layihələri isə məhz bu xəttin məntiqi davamıdır  yeni bilik iqtisadiyyatının insan kapitalını yetişdirir.

STEAM təhsilinin nəticələri artıq görünməyə başlayıb: Şagirdlər beynəlxalq olimpiadalarda və texnoloji yarışlarda daha çox uğur qazanır; Məktəblərdə layihə mədəniyyəti genişlənir; Universitetlər yeni mühəndislik və texnologiya proqramlarında daha hazırlıqlı tələbələrlə qarşılaşır; Gənclərdə elmə maraq artır və bu da ölkənin innovativ inkişaf potensialını daha da gücləndirir.

STEAM Azərbaycanın 5 illiyi sadəcə bir tarix deyil  bu, yeni düşüncə tərzinin, yeni məktəb mədəniyyətinin və gələcəyin təhsil modelinin möhkəmlənməsinin göstəricisidir. Bu modelin genişlənməsi ilə Azərbaycanda daha yaradıcı, daha bacarıqlı və daha qlobal baxışlı bir nəsil yetişəcəyinə tam əminik".

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox