Azedu.az

Xəzər Universitetində “Gələcəyin müəllimi” təqaüdünün verilməsi gecikir?

Xəbərlər

17 Noyabr 2025, 12:15
Xəzər Universitetində “Gələcəyin müəllimi” təqaüdünün verilməsi gecikir?

Xəzər Universitetinin bir qrup tələbəsi saytımıza müraciət edərək bildirib ki, "Gələcəyin müəllimi" təqaüdü neçə vaxtdır ki, ödənilmir.

AzEdu.az mövzu ilə bağlı Xəzər Universitetinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, yuxarı kurs (2-3-4-cü kurslar) tələbələrinə sözü gedən təqaüd verilib. Yalnız birinci kurs tələbələrinin təqaüdü qalıb.

“Elm və Təhsil Nazirliyindən “Gələcəyin müəllimi” təqaüdünü alacaq tələbələrin siyahısının gəlməsini gözləyirik. Hələ ki, bizə belə rəsmi yazı gəlməyib”,- deyə universitetdən qeyd edilib.

Qeyd edək ki, "Gələcəyin müəllimi" təqaüdü ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500-dən çox bal toplayan və ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən şəxslərə verilir.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox