Azedu.az

Hansı qida qarışıqları uşaqlarda zəhərlənməyə səbəb olur?

Xəbərlər

17 Noyabr 2025, 14:27
Hansı qida qarışıqları uşaqlarda zəhərlənməyə səbəb olur?

Cəmiyyətdə bəzən belə bir fikir formalaşır ki, müəyyən qidalar birlikdə verildikdə uşaqlarda zəhərlənmə yarada bilər. Bu kimi iddialar valideynlər arasında narahatlıq doğurur.

AzEdu.az mövzu ilə bağlı araşdırma aparıb.

Mütəxəssislər bildirirlər ki, qidaların birlikdə verilməsi birbaşa zəhərlənmə yaratmır. Risk həmin məhsulların özündə olan təhlükələrdən qaynaqlanır. Yəni qidaların qarışması yox, onların düzgün saxlanılmaması, çiy verilməsi və ya allergen xüsusiyyətləri zəhərlənmə ehtimalını artırır.

Aşağıda qeyd olunan çiy məhsullar düzgün bişirilmədikdə bakteriya və mikroblar səbəbilə zəhərlənməyə yol aça bilər:

Çiy toyuq + istənilən başqa qida

Çiy ət + salatlar

Çiy yumurta + digər uşaq qidaları

Çiy balıq + düyü, tərəvəz və digər məhsullar

Bu məhsulların birlikdə verilməsi riski ikiqat artırır, çünki çiy qidalar digər qidalara da mikroorqanizm ötürə bilər.

Soyuducuda saxlanılması tələb olunduğu halda otaq temperaturunda qalan məhsullar da təhlükə yaradır. Bu, onların digər qidalarla birlikdə verildikdə daha böyük risk formalaşdırmasına səbəb olur.

Birlikdə verildikdə riskin artdığı qidalar:

Qaynadılmış yumurta + süd məhsulları

Toyuq salatı + qatıq

Bişmiş ət + mayonezli salatlar

Bu hallarda risk Qarışığın özü yox, məhsulların bakteriya çoxalmasına uyğun şərait yaratması ilə bağlıdır.

Ev konservləri botulizm daxil olmaqla ciddi təhlükə yarada bilər. Bu zaman zəhərlənməyə səbəb qarışıq deyil, konservin öz təhlükəliliyidir.

Əgər uşaqda allergiya varsa, bəzi qidaların birlikdə verilməsi allergik reaksiyanı gücləndirə bilər:

Fındıq + süd

Yumru meyvələr + yumurta

Balıq + yumurta

Bu nümunələr zəhərlənmə deyil, allergik ağırlaşmaların artması ilə bağlıdır.

 

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox