Tovuz rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
AzEdu.az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü V.Əhmədli, 1986-cı il təvəllüdlü R.Əhmədli, onların övladları 15 yaşlı D.Əhmədli və 12 yaşlı B.Əhmədliyə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.