Azedu.az

Günəşdən atılan plazma Yerdən yan keçəcək

Xəbərlər

15 Noyabr 2025, 11:22
Günəşdən atılan plazma Yerdən yan keçəcək

2025-ci ilin ən güclü partlayışlarından biri zamanı Günəşdən atılan plazma Yer kürəsindən yan keçəcək.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, bu, son bir neçə gün ərzində Yer kürəsinə yaxınlaşan dördüncü plazma buludu olacaq.

Məlumata görə, bir neçə gün öncə baş verən ilin ikinci ən güclü partlayışı X4.0 səviyyəsində olub. 21-ci əsrin ən böyük partlayışı isə 4 noyabr 2003-cü ildə qeydə alınıb və Günəşin kənarında baş verdiyindən Yer kürəsində heç bir nəticəyə səbəb olmayıb.

TƏCİLİ! Şok hücum - Rusiya İSGƏNDƏRLƏ Azərbaycan səfirliyini vurdu
Son xəbərlərDaha çox