Azedu.az

Naxçıvanda müəllimin şagirdi döyməsi iddiası — Rəsmi açıqlama verildi

Xəbərlər

14 Noyabr 2025, 21:07
Naxçıvanda müəllimin şagirdi döyməsi iddiası — Rəsmi açıqlama verildi

Bəzi internet televiziya kanallarında  Babək Rayonunun Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Fərəcova Zəhra Şahin qızının  məktəbin müəllimi Etibar Əhmədov tərəfindən döyülməsi iddiaları yayılıb. 

AzEdu.az xəbər verir ki, Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb.Həmçinin məsələ ilə bağlı hüquq- mühafizə orqanlarına müraciət edilib.Hazırda hüquq-mühafizə orqanları tərəfindən qeyd edilən məsələ araşdırılır.Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcək. 

Qeyd: Əlavə olaraq bildiririk ki, bu və ya buna bənzər hadisələr və onların nəticələri qanunauyğun qaydada araşdırılmadan və  şagirdin yaş psixologiyası nəzərə alınmadan ictimailəşdirilməsi şagirdin sonrakı yaş döründə psixoloji əhval-ruhiyyəsinə, müəllim və məktəbin nüfuzuna xələl gətirir. Qeyd olunan nüansın daima nəzərə alınması ümumi mənafeyə uyğundur.

TƏCİLİ! Şok hücum - Rusiya İSGƏNDƏRLƏ Azərbaycan səfirliyini vurdu
Son xəbərlərDaha çox