Hindistanda hər il 14 noyabr tarixində “Children’s Day” uşaqlar günü qeyd olunur. Bu gün ölkənin ilk Baş Naziri Cavaharlal Nehrunun doğum günü ilə üst-üstə düşür və uşaqların təhsili, rifahı, təhlükəsizliyi və inkişafına diqqəti artırmaq məqsədi daşıyır.
AzEdu.az xarici mediaya istindaən xəbər verir ki, ölkənin bütün məktəblərində bu münasibətlə müxtəlif tədbirlər keçirilir: şagirdlərin iştirak etdiyi mədəni proqramlar, təhsil yönümlü oyunlar, açıq dərslər, sosial kampaniyalar və maarifləndirici fəaliyyətlər təşkil olunur. Bu gün həmçinin Hindistanda uşaqların hüquqlarına dair ictimai müzakirələrin genişləndirildiyi xüsusi bir gündür.