Azedu.az

Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq

Xəbərlər

14 Noyabr 2025, 16:53
Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəblərində yaradıcı sahələrdə peşəkar kadr hazırlığının gücləndirilməsi və innovativ tədris metodlarının tətbiqi məqsədilə növbəti tədris ilindən bir sıra pilot ixtisasların tədrisinə başlanacaq.

Bu barədə AzEdu.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu yeni ixtisaslara rəqəmsal incəsənət çərçivəsində qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ tətbiqi sənət daxildir.

"Bu ixtisaslar incəsənət məktəbləri ilə Yaradıcılıq Mərkəzinin birgə fəaliyyəti əsasında, yeni kurikulum tətbiq edilərək tədris olunacaq. Seçim zamanı həm müasir dövrün tələbləri, həm də valideynlərin çoxsaylı müraciətləri nəzərə alınıb", - deyə məlumatda qeyd olunub.

TƏCİLİ! Şok hücum - Rusiya İSGƏNDƏRLƏ Azərbaycan səfirliyini vurdu
Son xəbərlərDaha çox