Azedu.az

2422 əkiz, 78 üçəm...

Xəbərlər

14 Noyabr 2025, 15:44
2422 əkiz, 78 üçəm...

Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 72210 doğulan körpə qeydə alınıb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi  53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.  

Bu il doğulan körpələrdən 2422-si əkiz, 78-i isə üçəm olub.  

Məlumatda həmçinin açıqlanıb ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 44409 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.

TƏCİLİ! Şok hücum - Rusiya İSGƏNDƏRLƏ Azərbaycan səfirliyini vurdu
Son xəbərlərDaha çox