Azedu.az

Naxçıvanda təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsi üçün müsabiqə keçirilib 

Xəbərlər

13 Noyabr 2025, 19:52
Naxçıvanda təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsi üçün müsabiqə keçirilib 

Noyabrın 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq vəzifələrinə işə qəbulu müsabiqəsi üçün test imtahanı keçirilib. 

AzEdu.az xəbər verir ki, test imtahanında 10-31 oktyabr 2025-ci il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 23 namizəd iştirak edib. 

Test imtahanında hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilib.

Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı məlumat imtahan bitdikdən sonra dərhal yoxlanılaraq namizədə təqdim olunub. Test suallarının 60 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıb.

QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?
Son xəbərlərDaha çox