Azedu.az

Universitetlərdə tələbə sayı azaldılır - keyfiyyət hədəfi ön planda

Xəbərlər

13 Noyabr 2025, 16:51
Universitetlərdə tələbə sayı azaldılır - keyfiyyət hədəfi ön planda

“Ali təhsil sistemində əsas problem kəmiyyət deyil, keyfiyyətdir. Uzun illər ali təhsil müəssisələri daha çox tələbə cəlb etməklə maliyyə resurslarını artırmağa çalışıb. Amma bu, keyfiyyətin azalmasına gətirib çıxarıb".

Bu sözləri Elm və Təhsil Naziri Emin Əmrullayev çıxışı zamanı söyləyib. 

AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, bəzi seçilmiş universitetlərdə, xüsusən də elmi-tədqiqat yönümlü ali məktəblərdə tələbə sayının nisbətən azaldılması və təhsilin keyfiyyətinin yüksəldilməsi hədəf kimi götürülü:

"Ali təhsil mərkəzlərinə qəbul olunan tələbələrin sayının artırılması, eyni zamanda onların səviyyəsinin yüksəldilməsi, cəmiyyətin sağlamlaşması və ali təhsilli insanların sayının artması istiqamətində əsas məqsədlərdən biridir. Belə ki, cəmiyyətdə daha çox savadlı və ali təhsilli şəxslər olduqda, həm cinayətlərin sayı azalır, həm də sosial vəziyyət yaxşılaşır.

Bunu nəzərə alaraq, müəyyən məqsədlərə uyğun olaraq tələbə qəbulu planı artırılmış və bu tendensiya artan istiqamətdə davam etdirilir. Düşünürəm ki, bunun əsas məqsədi də məhz bundan ibarətdir.

Digər tərəfdən, təbii ki, keyfiyyətli təhsilin təmin olunması da çox vacib məsələlərdən biridir. Elmi tədqiqat yönümlü, flaqman universitetlərdə isə tələbə sayının azaldılması məsələsi bu çıxışda qeyd olunub.

Düşünürəm ki, bu bütün universitetlərə şamil edilməyəcək. Ümumi tələbə qəbul planında azalma nəzərdə tutulmur. Sadəcə bəzi seçilmiş universitetlərdə, xüsusən də elmi-tədqiqat yönümlü ali məktəblərdə tələbə sayının nisbətən azaldılması və təhsilin keyfiyyətinin yüksəldilməsi hədəf kimi götürülüb".

QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?
Son xəbərlərDaha çox