Azedu.az

Şagird müəlliminə hücum etdi

Xəbərlər

12 Noyabr 2025, 16:53
Şagird müəlliminə hücum etdi

Moskva məktəblərindən birində şok hadisə baş verib: 10-cu sinif şagirdi qadın müəlliminə hücum edib.

AzEdu.az xəbər verir ki, Moskva Təhsil və Elm Departamentinin məlumatına görə, tənəffüs zamanı yeniyetmə müəllimin sinifdən çıxmasını gözləyib, daha sonra onun masasından yoxlama işi dəftərlərini  götürüb və çantasına qoyub.

Sinfə qayıtdıqdan sonra müəllim dəftərlərin götürüldüyünü görüb və şagirddən onların qaytarılmasını tələb edib, bu zaman şagird onun başına vurmağa başlayıb. Müəllim xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları işə cəlb olunub və məktəb daxili araşdırma aparır.

“Araşdırmadan sonra hücum edən şəxs qanunun bütün tələblərinə uyğun olaraq cəzalandırılacaq. Şagirdin məktəbdən xaric edilməsi ehtimalı da nəzərdən keçiriləcək", - deyə idarədən bildirilib.

Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR
Son xəbərlərDaha çox