Azedu.az

Dövlət qulluqçuları üçün təlim keçirilib

Xəbərlər

12 Noyabr 2025, 14:33
Dövlət qulluqçuları üçün təlim keçirilib

 

12 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda onlayn formada təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlimdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin  əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası, həmçinin həmin qaydada yer alan prosedurlar və düsturlar ətraflı şəkildə izah edilib. Eyni zamanda qiymətləndirilmə zamanı edilən səhvlər və problemlər barədə qarşılıqlı müzakirə aparılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR
Son xəbərlərDaha çox