Azedu.az

Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunan Ceyhun Cəlilovun TƏHSİLİ

Xəbərlər

12 Noyabr 2025, 13:45
Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunan Ceyhun Cəlilovun TƏHSİLİ

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

AzEdu.az Ceyhun Cəlilovun təhsili ilə bağlı məlumatlarını təqdim edir:

Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirmişdir. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurmuş, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirmişdir.

Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR
Son xəbərlərDaha çox