Azedu.az

Qazaxıstanda sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq edilə bilər

Xəbərlər

12 Noyabr 2025, 12:10
Qazaxıstanda sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq edilə bilər

Qazaxıstan parlamentində (məclisində) Rəqəmsal Məcəllə layihəsi birinci oxunuşda müzakirə edilir.

AzEdu.az "Kazinform"a istinadən xəbər verir ki, ideyanın təşəbbüskarı deputat Asxat Aymaqambetov olub.

Layihə çərçivəsində sosial şəbəkələrdə qeydiyyat üçün yaş məhdudiyyətlərinin tətbiq edilməsi təklif olunur.

O qeyd edib ki, digər ölkələrdə artıq belə məhdudiyyətlər qəbul edilir: "Məsələn, Danimarka və Avstraliyada qeydiyyata 15-16 yaşdan icazə verilir, ABŞ, İngiltərə və İrlandiyada valideynlərin xüsusi icazəsi və verifikasiyası tələb olunur. Biz bu qanun çərçivəsində belə bir norma tətbiq edə bilərik".

Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR
Son xəbərlərDaha çox