Azedu.az

ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlılar Zəfər gününü qeyd ediblər

Xəbərlər

9 Noyabr 2025, 13:43
ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlılar Zəfər gününü qeyd ediblər

ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlılar Zəfər gününü qeyd ediblər.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, icma üzvləri Ferfaks şəhərində azərbaycanlılara məxsus “Baku delicious” restoranında bir araya gəliblər.

Tədbir bayram əhvali-ruhiyyəsində təşkil olunub. Açıq havada qurulan çadırda uşaqlar üçün əyləncəli proqramlar, rəsm dərsləri keçirilib. Həmçinin azərbaycanlı müğənnilər Günay Quliyeva və Bəhruz Fərruxinin ifasında Azərbaycanın klassik və xalq musiqiləri səsləndirilib. İcma üzvləri musiqi sədaları altında rəqs ediblər. Tədbirdə həmçinin Azərbaycan mətbəxinə məxsus təamlar təklif edilib.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox