Kanada Concordia Universiteti yaxın gələcəkdə “Performans Məktəbi” (School of Performance) adlı yeni bölmənin fəaliyyətə başlamasını planlaşdırır. Yeni akademik struktur musiqi, teatr və rəqs üzrə mövcud departamentləri birləşdirəcək.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, layihənin məqsədi yaradıcı sahələrdə təhsil alan tələbələrə daha geniş və çoxşaxəli inkişaf imkanları yaratmaq, həmçinin incəsənət ixtisasları arasında əməkdaşlığı gücləndirməkdir. Universitet rəhbərliyinin məlumatına görə, “Performans Məktəbi”nin açılması Kanadanın ali təhsil sistemində yaradıcı sənətlər üzrə inteqrasiya olunmuş tədris modelinə keçidin bir hissəsidir.