Azedu.az

Təhsil işçiləri üçün 450 mindən çox güzəşt kartları sifariş edilib - TİF

Xəbərlər

5 Noyabr 2025, 16:05
Təhsil işçiləri üçün 450 mindən çox güzəşt kartları sifariş edilib - TİF

Keçdiyimiz aylarda Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən təhsil işçiləri üçün yeni çoxfunksional kart istifadəyə veriləcəyi haqda məlumat yaymışdı. 

Ancaq hələ də müəllimlərə TəhsilPlus güzəşt kartı verilməyib. 

AzEdu.az Təhsil Portalı məsələ ilə bağlı Təhsilin İnkişafı Fonduna (TİF) sorğu ünvanlayıb. 

Sorğumuza cavab olaraq bildirlib ki, Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu tərəfindən təhsil işçiləri üçün nəzərdə tutulan çoxfunksional TəhsilPlus kartı üzrə işlər hazırda davam etdirilir:

"Layihə çərçivəsində 450 mindən çox kart sifariş edilib. Kartların texniki hazırlanması, o cümlədən kart blanklarının (balvanqalarının) istehsalı və ölkəyə gətirilməsi prosesi müəyyən vaxt tələb edir.

Hazırda kartların istehsalı və logistika mərhələsi yekunlaşmaq üzrədir. Yaxın müddətdə təhsil işçilərinə kartların verilməsinə başlanılması planlaşdırılır.

Qeyd edək ki, kartların sifarişi və işçilərə təqdim edilməsi prosesi əvvəlki əməkhaqqı kartlarında olduğu kimi həyata keçiriləcək.

Belə ki, təhsil müəssisələrinin mühasibatlıqları tərəfindən sifariş ediləcək və əməkdaşlar kartlarını həmin qaydada əldə edəcəklər".

Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu
Son xəbərlərDaha çox