Azedu.az

Surqutda yanğın: 4 uşaq dünyasını dəyişib

Xəbərlər

5 Noyabr 2025, 08:57
Surqutda yanğın: 4 uşaq dünyasını dəyişib

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Surqut şəhərində bağ evində baş verən yanğın nəticəsində dördü uşaq olmaqla, yeddi nəfər həlak olub.

AzEdu.az Report-a istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Yanğın nəticəsində yeddi nəfər həlak olub, onlardan dördü uşaqdır... Kəşfiyyat və konstruksiyaların sökülməsi zamanı yanğınsöndürənlər həyat əlamətləri olmayan üç böyük və dörd uşağın cəsədini aşkar ediblər", - məlumatda qeyd olunub.

Yanğının səbəbi elektrik avadanlığının qurulması və istismarı qaydalarının pozulması ola bilər, lakin hazırda hadisənin bütün hallarını Rusiya FHN-in təhqiqatçıları və İstintaq Komitəsinin müstəntiqləri araşdırır.

İcra başçıları nəzarətdə - Ölkə üzrə geniş əməliyyat başlayır
Son xəbərlərDaha çox