Azedu.az

Onlayn magistratura təhsili hansı ölkələrdə mövcuddur?

Xəbərlər

4 Noyabr 2025, 14:43
Onlayn magistratura təhsili hansı ölkələrdə mövcuddur?

Qlobal rəqəmsallaşma prosesi və texnologiyanın təhsildə geniş tətbiqi nəticəsində son illərdə bir çox ölkələrdə magistratura səviyyəsində onlayn təhsil proqramları sürətlə yayılmağa başlayıb. Bu format xüsusilə işləyən, fərqli ölkələrdə yaşayan və eyni zamanda akademik inkişafını davam etdirmək istəyən şəxslər üçün əlverişli hesab olunur.

AzEdu.az hansı ölkələrdə magistratura təhsilinin online olduğunu araşdırıb.

Böyük Britaniya (Şotlandiya) - University of Edinburgh

Dünyanın nüfuzlu universitetlərindən biri olan University of Edinburgh hazırda “tamamilə onlayn” formatda müxtəlif magistr proqramları təklif edir. Universitetin rəsmi məlumatına əsasən, bu proqramlarda iştirak edən tələbələr dərsləri məsafədən izləyir, interaktiv müzakirələrdə iştirak edir və qiymətləndirmə prosesi də onlayn şəkildə həyata keçirilir.

Avropa ölkələri - İspaniya, Almaniya, İsveç və digərləri

Avropada onlayn magistratura təhsili sürətlə yayılmaqdadır. Məsələn, İspaniya, Almaniya, İsveç kimi ölkələrdə bir sıra universitetlər artıq beynəlxalq tələbələr üçün məsafədən magistr proqramları təklif edir. Bu proqramlar həm yerli, həm də xarici tələbələrə Avropa diplomu əldə etmək imkanı yaradır.

Malta - South Europe College

Avropanın kiçik, lakin təhsildə sürətlə inkişaf edən ölkələrindən biri olan Maltada yerləşən South Europe College akkreditə olunmuş onlayn magistr proqramları təqdim edir. Bu proqramlar Avropa təhsil standartlarına uyğun şəkildə hazırlanıb və beynəlxalq tanınmaya malikdir.

Hindistan - UGC tərəfindən təsdiqlənmiş onlayn magistr proqramları

Hindistan da onlayn təhsilin tətbiqinə önəm verən ölkələr sırasındadır. Ölkənin bir sıra ali təhsil müəssisələri UGC (University Grants Commission) tərəfindən təsdiqlənmiş tam onlayn magistr (“Postgraduate”) proqramlarını həyata keçirir. Bu təşəbbüs, xüsusilə pandemiya dövründən sonra ölkədə məsafədən təhsilə olan marağın artması ilə əlaqədardır.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox