Azedu.az

Vətən müharibəsində 23 yaşa qədər şəhid olan gənclərin SAYI

Xəbərlər

7 Noyabr 2025, 10:38
Vətən müharibəsində 23 yaşa qədər şəhid olan gənclərin SAYI

II Qarabağ- 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixində misilsiz qəhrəmanlıq səhifəsi kimi yadda qalıb. 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən bu müharibədə minlərlə gənc vətən övladı torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, müharibə dövründə 2000–2002-ci il təvəllüdlü, yəni 18-20 yaş aralığında olan 651 gənc hərbçi, eləcə də 1998–1999-cu il təvəllüdlü, 21-22 yaş aralığında olan 416 hərbçi Vətən uğrunda döyüşlərdə şəhid olub. Ümumilikdə 18-22 yaş aralığında 1067 gənc igid azadlıq və torpaq uğrunda canını fəda edib.

Bu gənclərin çoxu həyatlarının ən gözəl çağında,bəziləri orta məktəbi, digərləri isə ali təhsili və ya hərbi xidmətlərini yenicə başa vurmaq ərəfəsində olarkən döyüş meydanına yollanıb. Onlar Şuşanın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Hadrutun və digər işğaldan azad edilmiş bölgələrin uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümunələri göstəriblər.

Hər biri Azərbaycan Ordusunun yenilməz ruhunun, gənc nəslin vətənə sədaqətinin simvoluna çevrilib. Şəhidlərin ailələri, döyüş yoldaşları və bütün xalq bu gənc qəhrəmanlarla qürur duyur. Onların xatirəsi daim uca tutulur, adları məktəblərə, küçələrə və abidələrə verilir.

44 günlük Vətən müharibəsində qazanılan Zəfər, minlərlə belə gəncin fədakarlığı və igidliyi sayəsində mümkün olub. Bu gün müstəqil Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qoruyan ordu həmin qəhrəman nəslin davamçıları ilə daha da güclənir.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox