Azedu.az

“BilBacar” müsabiqəsi haqqında ətraflı MƏLUMAT

Xəbərlər

3 Noyabr 2025, 12:40
“BilBacar” müsabiqəsi haqqında ətraflı MƏLUMAT

2025-ci ilin noyabr ayında başlayan və 2026-cı ilin iyununda yekunlaşacaq “BilBacar” müsabiqəsi III və IV sinif şagirdlərinin oxu bacarıqlarını inkişaf etdirmək, eləcə də sinifdaxili, siniflərarası və məktəblərarası rəqabəti formalaşdırmaq məqsədi daşıyır.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, müsabiqədə 2025–2026-cı tədris ilində III və IV siniflərdə təhsil alan şagirdlər iştirak edəcək. Hər məktəb üçün xüsusi BilBacar koordinatoru təyin olunacaq. Şagirdlər UTİS kodu və şifrəsi ilə platformaya daxil olaraq “Hazırlıq” və “Yarış” bölmələrindən istifadə edə biləcəklər.

“Hazırlıq” bölməsi istənilən vaxt və məkandan giriş üçün açıq olacaq. Hər seans 40+40 dəqiqə olmaqla iki hissədən ibarət olacaq və arada 10 dəqiqə fasilə veriləcək.

“Yarış” bölməsində şagirdlər BilBacar koordinatorunun nəzarəti altında iştirak edəcəklər. Burada da seanslar 40+40 dəqiqə davam edəcək, səhv cavablar nəticəyə təsir etməyəcək, hər düzgün cavab isə 10 bal qazandıracaq. Yarış seanslarının tarixləri əvvəlcədən elan olunacaq.

Müsabiqənin ikinci mərhələsi- final mərhələsi əyani şəkildə keçiriləcək. Bu mərhələdə birinci mərhələnin nəticələri sıfırlanacaq və qaliblər mərkəzləşdirilmiş formada müəyyən ediləcək.

“Mükafatlandırma” bölməsində məktəblər “Yüksək iştirakçılıq” və “Yüksək nəticə” nominasiyaları üzrə yarışacaqlar. Siniflərin nəticələri isə topladıqları balların ortalaması əsasında müəyyən ediləcək.

Beləliklə, “BilBacar” müsabiqəsi şagirdlərin oxu vərdişlərini artırmaqla yanaşı, onların öyrənməyə marağını və tədrisdə sağlam rəqabət mühitini gücləndirməyi qarşısına məqsəd qoyur.

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox