Azedu.az

BDU-dan çıxarılan Ramiz Mehdiyevin həyat yoldaşı harada təhsil alıb?

Xəbərlər

3 Noyabr 2025, 11:26
BDU-dan çıxarılan Ramiz Mehdiyevin həyat yoldaşı harada təhsil alıb?

Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.

AzEdu.az Təhsil Portalı Qalina Mehdiyevanın təhsil həyatını araşdırıb.

15 fevral 1944-cü ildə Gürcüstanın Poti şəhərində anadan olub. 1960-1965-ci illərdə Suxumi Dövlət Universitetində təhsil alıb. 1976-cı ildən BDU-da çalışıb.1965-1967-ci illərdə Suxumi 4 saylı axşam məktəbində müəllim işləyib.

O, daha sonra Akustika İnstitutunun Suxumi filialında 1967-1968-ci illərdə mühəndis-proqramçı, 1968-1970-ci illərdə baş laborant, 1970–1972-ci illərdə isə riyaziyyatçı-mühəndis-proqramçı vəzifələrində çalışıb.

1972–1976-cı illərdə "Azerselxoztexnika"nın İnformasiya-hesablama mərkəzində böyük mühəndis vəzifəsində işləyib.

Bakı Dövlət Universitetində "Hesablama üsulları", "Hesablama riyaziyyatı" və "Operator tənliklərin təqribi həll üsulları" dərslərini tələbələrə tədris edib.

"Volter və Fredqolm tipli inteqral tənliklərin iterasiya üsullari ilə həlli" mövzusunda tədqiqatlar aparıb.160 elmi məqalənin, 3 dərs və 3 metodik vəsaitin və 1 monoqrafiyanın müəllifidir.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin müvafiq əmri ilə Q.Mehdiyeva bir müddət öncə təhsil müəssisəsinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. 

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox