Azedu.az

Qırğızıstanda məktəbdə 58 nəfər şaurmadan zəhərlənib

AzEdu Təhsil Platforması

1 Noyabr 2025, 13:19
Qırğızıstanda məktəbdə 58 nəfər şaurmadan zəhərlənib

Qırğızıstanda özəl məktəbdə 58 nəfər şaurmadan zəhərlənib.

AzEdu.az xəbər verir ki, bu barədə “Sputnik Kyrgyzstan” məlumat yayıb.

Zəhərlənənlərdən 54-i uşaqdır.

Məlumata görə, onlar qusma, ishal və qarın ağrılarından şikayət ediblər. Hadisə günü bütün zərərçəkənlər məktəbin yeməkxanasında şaurma yeyiblər.

Məktəbdə hazırda yoxlama aparılır və hadisənin səbəbləri araşdırılır.

GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?
Son xəbərlərDaha çox