Azedu.az

Körpələrin qulağının ağrıdığını necə bilək və nə edək?

Xəbərlər

8 Oktyabr 2025, 09:16
Körpələrin qulağının ağrıdığını necə bilək və nə edək?

Körpələrdə qulaq ağrısı çox yayılmış haldır və onların gündəlik fəaliyyətini, xüsusilə yuxusunu əhəmiyyətli dərəcədə poza bilər. Körpə narahat olur, ağlayır, qulağını tutmağa çalışır və yemək yeməkdə çətinlik çəkə bilər. Bu vəziyyət onların ümumi sağlamlığına təsir edir.

AzEdu.az-a mövzu ilə bağlı pediatr Günay Rəsulova danışıb. 

O bildirib ki, qulaq ağrısını ciddiyə almaq lazımdır və mütləq mütəxəsisə müraciət etmək lazımdır:

"Körpələrin çox ağlamasının və aşırı narahatlığının ən sıx səbəbi qulaq ağrısıdır. Danışmayan körpənin qulağının ağrımasını, körpənin qışqırıb ağlaması,qulağını dartması, xüsusilə gecə yuxusuzluğu ve narahatlığı,əmməkdən imtina etməsi,qulaqdan axıntının olması, qulağ önü-tragus nahiyəsini yüngülcə sıxarkən körpənin qışqırıb ağlaması ilə anlamaq olar.

Valideynlər bəzən əlini tez tez qulağına aparan,sırqalığı çəkişdirən körpənin qulağı ağrıdığını zənn edər və qulaq damlalarından istifadə etməyə başlarlar.Lakin,bu əlamət hər zaman qulaq ağrısı-otit əlaməti deyildir.Qulağı ağrıyan uşaq yalnızca onu çəkişdirməklə kifayətlənməz,çox narahat olar və ağrıkəsici qəbuluna ehtiyac duyarlar. Danışan uşaqlar adətən şikayətini söyləyər. Qulaq ağrısını ciddiyə almaq lazımdır və mütləq mütəxəsisə müraciət etmək lazımdır".

Uşaqların qulağını təmizləmək lazım deyil:

"Qulağda normalda sera-qulaqin normal ifrazatini sintez edən vəzilər vardır.Bəzi uşaqlarda sera normadan artıq ifraz edilə bilər və qulaqdan axıntı şəklində xaric edilə bilər bunuda qulaq ağrısı ilə qarışdırıb,yersiz qulaq damlalarını istifadə etməmək lazımdır.

Uşaqları çimizdirərkən qulağa su getməməsi üçün pambıq qoymaq lazım deyildir.Əksinə xarici qulaq keçəcəyinin yuyulması ordan seranın-qulağın normal ifrazatının xaric edilməsini asanlaşdıracaqdır.İstisna hallar-Otitin kəskin dövrü və Təbil pərdəsinin dəlikli olmasıdır.

Uşaq qulaq ağrısından çox ağlayırsa ona mütləq ağrıkəsici siroplardan verək(İbuprofen). Qulaq ağrısı zamanı qulağa 1-2 damla zeytun yağı damızdırmaq fayda verir. İsidilmiş parçanın qulağa tutulmasıda ağrını yüngülləşdirir. Ehtiyatda qulaq üçün nəzərdə tutlmuş damlalardan varsa qulağa damızdırmaq körpəni rahatlayacaqdır".

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox