Azedu.az

Hindistanda öskürək əleyhinə sirop qəbul edən 14 uşaq ölüb

AzEdu Təhsil Platforması

7 Oktyabr 2025, 09:10
Hindistanda öskürək əleyhinə sirop qəbul edən 14 uşaq ölüb

Hindistanın Madhya-Pradeş ştatında öskürək əleyhinə sirop qəbul edən azı 14 uşaq ölüb.

AzEdu.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, dərmanın tərkibində həddindən artıq miqdarda dietilen qlikol aşkarlanıb. Sirop istehsalçısı "Sresan Pharmaceuticals" şirkətinə qarşı cinayət işi qaldırılıb.

Qeyd edək ki, dietilen qlikol siropda əsas həlledici maddə olan propilen qlikolun daha ucuz, amma toksik əvəzedicisidir.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox