Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 17:37:05
Ağstafada qəbul göstəriciləri niyə respublika səviyyəsindən aşağıdır? –Rəqəmlər və faktlar  

Qəbul  imtahanlarındakı  yüksək  göstəricilərə görə, respublikada bir neçə məktəb  xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Ağstafa rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir: 

A.Namazov adına Saloğlu qəsəbə orta məktəbi üzrə 1998-2000;

Sirac Əliyev adına Qırılı kənd orta məktəbi üzrə 1995-1999-cu illər;

K.Hüseynov adına Xılxına kənd orta məktəbi üzrə 2000-2002-ci illər;

F.Nağıyev adına Tatlı kənd orta məktəbi üzrə 2017-ci il;

Ə.Qasımov adına Köhnəqışlaq kənd orta məktəbi üzrə 1999-2003 və 2008-2011-ci illər;

M.Omarov adına Soyuqbulaq qəsəbə orta məktəbi üzrə 1996-1999;

Poylu qəsəbə orta məktəbi üzrə 1997-1999 və 2004-2007-ci illər;

Böyük Kəsik kənd orta məktəbi üzrə 1998-2002-ci illər;

R.Alıcanov adına Köçvəlili kənd orta məktəbi üzrə 2000-2006 və 2016-2017-ci illər;

A.Ələkbərov adına Köçəsgər kənd 2 saylı orta məktəbi üzrə 2017-ci il ərzində heç bir məzun ali təhsil müəssisələrinə daxil ola bilməyib.

Sözügedən orta təhsil müəssisələrindən əlavə, Ağstafa rayonunun bəzi məktəblərində də qəbul göstəriciləri respublika səviyyəsindən aşağıdır.

 

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları