Azedu.az

6 milyon uşaq məktəbdən uzaq qala bilər

AzEdu Təhsil Platforması

4 Sentyabr 2025, 14:34
6 milyon uşaq məktəbdən uzaq qala bilər

UNICEF açıqlama verərək, beynəlxalq təhsil yardımlarının 2025-ci ildə 3,2 milyard dollar azalacağını bildirib. Bu azalma nəticəsində təxminən 6 milyon uşaq məktəbə gedə bilməyəcək.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, ən çox təsirlənəcək bölgələr kimi Afrika, xüsusilə Qərbi və Mərkəzi Afrika göstərilir.

UNICEF qeyd edir ki, bu vəziyyət qız uşaqları və böhran zonalarındakı uşaqların təhsilə çıxış imkanlarını daha da məhdudlaşdıracaq. Beynəlxalq ictimaiyyətin təhsil yardımlarını artırması və dəstəkləməsi çağırış olunur.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox