Azedu.az

Azərbaycan ilə Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək

AzEdu Təhsil Platforması

3 Sentyabr 2025, 09:59
Azərbaycan ilə Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək

Sentyabrın 1-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Braziliya Federativ Respublikasına səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanma mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, sazişi Azərbaycan tərəfindən ölkəmizin Braziliyadakı səfiri Rəşad Novruz, Braziliya tərəfindən isə xarici işlər naziri Mauro Vieyra imzalayıblar.

GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?
Son xəbərlərDaha çox