Azedu.az

“Formula 1” ilə bağlı məktəblərdə tədris gec başlayacaq? - RƏSMİ CAVAB

1 Sentyabr 2025, 13:42
“Formula 1” ilə bağlı məktəblərdə tədris gec başlayacaq? - RƏSMİ CAVAB

"Formula 1” yarışları ilə əlaqədar məktəblərdə tədrisin sentyabrın 21-dən etibarən başlayacağına dair fikirlər səsləndirilir. 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:

"Tədris sentyabrın 15-də başlayacaq. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula 1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox