Azedu.az

Bölgələrdə velosiped məşqçiləri üçün təlim keçiriləcək

AzEdu Təhsil Platforması

29 Avqust 2025, 11:52
Bölgələrdə velosiped məşqçiləri üçün təlim keçiriləcək

Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib. 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində bölgələrdə velosiped idmanının inkişafı istiqamətində fəaliyyət göstərəcək məşqçilər üçün xüsusi təlim kurslarının açılışı baş tutub. 

Proqram çərçivəsində beynəlxalq standartlara uyğun məşq üsulları, idmançılarla işləmə metodikası və velosiped idmanında təhlükəsizlik qaydaları xüsusi diqqət mərkəzində olacaq.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox