Azedu.az

Faktiki HAVA 

AzEdu Təhsil Platforması

16 Avqust 2025, 10:25
Faktiki HAVA 

Bəzi ərazilərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata əsasən, Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Yağıntılı hava şəraitinin 17-si axşamadək davam edəcəyi gözlənilir.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox