Azedu.az

Davamiyyəti az olan bağçalar bağlanıb? - SORĞU

Məktəbəqədər təhsil

13 Avqust 2025, 11:28
Davamiyyəti az olan bağçalar bağlanıb? - SORĞU

Son günlər sosial şəbəkələrdə Bakıda yay mövsümü ilə əlaqədar davamiyyətin az olduğu bağçaların bağlanması iddiası səsləndirilir.

AzEdu.az “Report”a istinadən xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsindən sorğuya cavab olaraq yay mövsümü ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrində müəyyən günlərdə uşaqların davamiyyətində qismən azalma müşahidə olunduğu bildirilib.

Qurumdan qeyd edilib ki, azalmaya baxmayaraq, bağçalar normal fəaliyyətini davam etdirir: "Məktəbəqədər təhsil müəssisələrindəki təlim prosesində fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox